Şəkinin bu kəndlərində qaz olmayacaq

19:48 01.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkinin bəzi yaşayış məntəqələrində qaz təchizatında fasilə yaranacaq.

Hafta.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, 02.06.2026-cı il tarixində saat 10:00-dan etibarən Şəki rayonunun Bideyiz və Baş Küngüt kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişinin işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacağı qeyd edilib.